İsrail Azərbaycanla ikitərfli əlaqələrin inkişafına mühüm əhəmiyyət verir. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasına (Azİz) istinadən verdiyiməlumata görə, bu barədə İsarilin sabiq xarici işlər naziri Aviqdor Liberman bildirib.
İsrail Knessetində İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılmasına dair keçirilən iclasda parlamentlərarası dostluq qrupuna yenidən rəhbərlik edən Knessetin deputatı, “İsrail - Evimizdir” Partiyasının rəhbəri A.Liberman iki ölkə arasında ticarət əlaqələrinin yüksək səviyyədə olması, bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyi bildirilib.
Qeyd olunub ki, İsrail neftinin 65%-i Azərbaycandan idxal olunur.
Azərbaycanda yəhudilərin tarixindən danışan A.Liberman yəhudilərin müsəlman, eyni zamanda, dünyəvi dövlət olan Azərbaycanda hər zaman rahat yaşadığını, heç bir vaxt milli və dini təcavüzə məruz qalmadığını vurğulayıb.
Öz növbəsində “Azİz”in baş direktoru Lev Spivak Ermənistan-Azərbaycan münaqişəsi barədə danışaraq Azərbaycanın işğal olunmuş torpaqlarının İsrail ərazisindən də böyük olduğunu qeyd edib.
O, həmçinin deputatların diqqətinə çatdırıb ki, İsrail Knessetində qondarma erməni soyqırımının tanınmasına dair müzakirə cəhdləri hər dəfə Azərbaycanda böyük narahatlıqla qarşılanır. L.Spivak Knesset üzvlərindən mümkün qədər bu mövzuda açıqlamalar verməkdən çəkinməyi xahiş edib.
“Azİz”in baş direktorunun bu xahişini dəstəkləyən Knessetin siyasi müşaviri Oded Ben Qur təklif edib ki, gələcəkdə bu mövzuda danışarkən ümumiyyətlə “soyqırımı” sözündən istifadə olunmasın.
R.Babayev