Xalq artistləri Fidan və Xuraman Qasımovalar London şəhərində konsert proqramı ilə çıxış edəcəklər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Konsert 27 iyul tarixində Kembric Universitetinin tərtib etdiyi ensiklopediyada Fidan Qasımovanın dünyanın ən tanınmış ifaçısı adına layiq görülməsi münasibətilə keçiriləcək.
Konsert proqramına Azərbaycan və dünya klassiklərinin əsərləri daxil olacaq.
Tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir.
A.Zeydullayeva