Qəbələ musiqi festivalı Avstriya və İtaliya orkestrlərinin konsertləri ilə başlayacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
İyul ayının 25-dən 31-dək Qəbələ şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək Qəbələ VII Beynəlxalq Musiqi Festivalı bu dəfə də müxtəlif ölkələrdən tanınmış kollektivləri, solist və dirijorları bir araya gətirəcək.
Rayon Mədəniyyət Mərkəzinin müdiri Nargilə Qafarovanın sözlərinə görə, festivalda İtaliya, Rusiya, Avstriya, İspaniya, Xorvatiya, Ukrayna, İsrail və Almaniyadan artistlər çıxış edəcəklər.
İ. Əhmədov