Xızı rayonunda aqroparkın yaradılmasına başlanılıb. Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev nazirliyin geniş kollegiya iclasında məlumat verib.
“Bundan başqa, Şəmkir və Yalamada aqroparkların təşkili üzrə işlər davam etdirilir”,- deyə Ş.Mustafayev bildirib.
Onun sözlərinə görə, respublikada 30 min hektar sahəni əhatə edən 19 böyük fermer təsərrüfatı, müasir suvarma sistemi yaradılıb.
“Artıq fəaliyyətdə olan təsərrüfatlarda taxıl biçini başa çatdırılıb, hər hektardan 60 sentner arpa və 57 sentner buğda olmaqla yüksək məhsuldarlıq əldə edilib”, - deyə Ş.Mustafayev qeyd edib.
A.Axundov