İyulun 28-də saat 12:00-da “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində voiceofkarabakh.com portalının təqdimatı keçiriləcək. Portalda Qarabağ münaqişəsinin tarixi və müxtəlif məsələlərə dair Azərbaycan, ingilis və rus dillərində unikal materiallar toplanıb.
Portal Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində Qafqaz Tarixi Mərkəzi tərəfindən yaradılıb. Bundan başqa, bu layihə çərçivəsində ingilis və rus dillərində dərc edilmiş “Qarabağ münaqişəsinin qısa tarixi və səbəbləri” kitabçasının (“Краткая история и причины Карабахского конфликта”) da təqdimatı keçiriləcək.
Təqdimatı Qafqaz Tarixi Mərkəzinin direktoru, tarixçi Rizvan Hüseynov keçirəcək. Tədbirdə müxtəlif təşkilatların nümayəndələri, ictimai xadimlər və başqaları iştirak edəcəklər.