Nəqliyyat naziri Ziya Məmmədov Şəmkirdə qərb regionunun sakinlərini qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Şəmkir, Qazax, Tovuz və Ağstafa rayonlarından olan 100-ə yaxın sakin nazir qarşısında kəndlərarası və kənddaxili yolların bərpası, körpülərin salınması, yeni avtovağzalın tikilməsi, işə qəbul və digər məsələləri qaldırıb.
Qaldırılan məsələlərin bir çoxu yerindəcə həllini tapıb, digər müraciətlərin araşdırılaraq həll olunması üçün nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
F.Mehdiyev