“Premier Kredit” bank olmayan kredit təşkilatı $580 min məbləğində istiqrazın emissiyasını planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən məlumat verilib.
QKDK iyulun 23-də BOKT-nin istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.
Emissiya nominalı $1 min olan 580 ədəd istiqraza bölünüb.
İstiqrazların kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur.
“Premier Kredit” MMC Azərbaycanda 2014-cü il dekabrın 1-dən fəaliyyət göstərir və müxtəlif növ kreditlərin, o cümlədən biznes, istehlak və digər kreditlərin verilməsi ilə məşğul olur.
A.Əzizov