I yarımillikdə “Azərsu” regionlarda 80 min nəfərin su təchizatının yaxşılaşdırılmasını təmin edib. Bu barədə ASC-dən məlumat verilir.
Məlumatda qeyd edilir ki, I yarımillikdə “Azərsu” Astara, Tərtər, Daşkəsən və Qobustan şəhərlərininiçməli su və kanalizasiyainfrastrukturlarının yenidən qurulması layihələrinin icrasına başlayıb.
Hesabat dövrünün sonuna “Azərsu” 29 şəhərdə su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri həyata keçirir. Bununla yanaşı, 11 şəhərdə işlər dövlət büdcəsi vəsaiti, 18-də isə beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına həyata keçirilir.
Su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması üzrə işlər çərçivəsində I yarımillikdə ASC tərəfindən regionlarda 246 km su, 75 km kanalizasiya xətləri, 1 sutəmizləyici qurğu, 2 su anbarı tikilib, 2 subartezian quyusu qazılıb, 6 mindən çox smart sayğac quraşdırılıb.
“2015-ci ilin yanvar-iyun aylarında “Azərsu” tərəfindən 36 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunub, 14 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib”, - deyə məlumatda qeyd olunur.
A.Axundov