Milli Məclisin sədri Oqtay Əsədov 26-27 iyul tarixlərində Gürcüstana səfər edəcək. Bu barədə parlamentin mətbuat xidməti məlumat verib.
Səfərin məqsədi 13-cü Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində iştirak etməkdir.
Səfər çərçivəsində spikerin tədbirdə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin başçıları ilə görüşləri gözlənilir.
Həmçinin O.Əsədovun Atletlər Kəndinə getməsi və festivalda iştirak edən Azərbaycan idmançıları ilə görüşməsi də nəzərdə tutulur.
R.Babayev