Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət TəşkilatlarınaDövlət Dəstəyi Şurası və Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi jurnalistlərin dərc edilmiş materiallara görə məsuliyyəti və peşəkarlığının yüksəldilməsinə həsr olunmuş “İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin mühüm elementidir” mövzusunda layihə həyata keçirib.
Jurnalistlərin Həmkarlar İtttifaqının sədri Müşviq Ələsgəli KİV nümayəndələrinin öz materiallarında hadisələri işıqlandırarkən böyük məsuliyyət daşıdıqlarını qeyd edib.
“2013-cü ilin avqustunda cəbhə xəttində vəziyyətin gərginləşməsi zamanı baş vermiş hadisələr göstərdi ki, hadisələrin işıqlandırılması zamanı böyük problemlər mövcuddur. Bir çox KİV orqanları qeyri-peşəkarlıq nümayiş etdirərək həmin vaxt yoxlanılmamış məlumatlar dərc etdirərək yazdılar ki, guya bizim qoşunlarımız hansısa yaşayış məntəqələrini azad ediblər”, - deyə o qeyd edib.
M.Ələsgərlinin sözlərinə görə, belə qeyri-peşəkarlıq Azərbaycanın milli maraqlarına zərbə vurur.
“Həmçinin konkret dövlət strukturları da o zaman KİV-ləri operativ şəkildə məlumatlandıra bilmədilər”,- deyə o əlavə edib.
Sədr qeyd edib ki, gələcəkdə belə problemlərə yol verməmək və jurnalistlərə ekstremal vəziyyətlərdə iş vərdişləri aşılamaq üçün onların arasında maarifləndirmə işi aparılmaldır ki, bugünkü layihə də məhz bu işə həsr olunub. Layihə çərçivəsində ölkənin regionlarında, o cümlədən cəbhə zonasında KİV nümayəndələri üçün seminar və konfranslar keçirilib.
R.Babayev