Uitni Hyustonun qızı Bobbi Kristina Braun 23 yaşında vəfat edib. BBC-nin məlumatına görə, bu barədə onun ailəsinin rəsmi nümayəndəsi Kristina Foster xəbər verib.
K.Foster bildirib ki, gənc qadın bazar günü doğmalarının əhatəsində dünyasını dəyişib.
B.K.Braun yanvarın 31-də Atlantadakı evinin vanna otağında huşsuz vəziyyətdə tapılıb. Bir ay əvvəl vəziyyəti pisləşdikdən sonra o, Corciya ştatındakı hospisə köçürülmüşdü.
B.K.Braun Uitni Hyuston və müğənni Bobbi Braunun yeganə qızları idi.
U.Hyuston 2012-ci ildə vəfat edib. Patoloq-anatomların fikrincə, ürək çatışmazlığından əziyyət çəkən müğənni kokainin təsiri altında vannada təsadüfən boğularaq ölüb.