Əfqanıstanda toyda baş vermiş atışma nəticəsində 21 nəfər ölüb, 10 nəfər yaralanıb. Bu barədə bazar ertəsi “Associated Press” agentliyi məlumat verir.
Baqlan vilayətinin qubernatorunun sözlərinə görə, atışma yerli vaxtla gecə yarısı baş verib.
Ölənlərin əksəriyyəti toya gələn 14-60 yaş arası qonaqlardır.
Agentlik faciə barədə başqa məlumat verməyib.