Latviyanın Azərbaycana təyin edilən yeni səfiri Yuris Maklakovs avqustun əvvəlində Bakıya gələcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Latviyanın Bakıdakı səfirliyindən məlumat verilib.
Y.Maklakovs bu təyinata qədər Latviyanın Qazaxıstandakı diplomatik missiyasına rəhbərlik edib.
Y.Maklakovs bu ilin aprel ayında Bakıda xəstəlikdən vəfat etmiş səfir Hardiys Baumanisi əvəz edəcək.
F.İsazadə