Cari ilin sentyabrında Bakıda “Qafqazda mədəni-dini irsin qorunması” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
Tədbir AMEA İnsan Hüquqları İnstitututu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Konfrans iştirakçıları “Alban abidələrinin qorunması”, “Qafqazda mədəni-dini müxtəliflik tarixi ənənə kimi”, “Qafqazda mövcud olan etnik münaqişələrin mədəni-dini irsin dağıdılmasına təsiri”, “Azərbaycanda mövcud olan multikultural dəyərlər mədəni irs kimi”, “Azərbaycan: mədəni və dini birgəyaşayışın modeli”, “Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında tarixi və dini abidələrin məhv edilməsi” mövzularında müzakirələr aparacaqlar.
A. Zeydullayeva