2014-cü ilin yekunları üzrə “NAB Group of Companies” şirkətinin xalis zərəri 200,024 min manat təşkil edib ki, bu da 2013-cü ilin göstəricisindən 51,5% çoxdur.
Şirkətlər qrupunun auditdən keçmiş maliyyə hesabatına əsasən, 2014-cü ildə əməliyyat gəlirləri 163,136 min manat (azalma 4,9 dəfə) təşkil edib. Bununla yanaşı, şirkətin xalis əməliyyat zərəri 2013-cü ilin yekunları üzrə qeydə alınmış 39,31 min manat mənfəətə qarşı 68,155 min manata bərabər olub.
Ötən il qrupun planlaşdırılmamış gəlirləri 362 min manat, planlaşdırılmamış xərcləri isə 493,869 min manat təşkil edib.
2015-ci il yanvarın 1-nə qrupun aktivləri 20 mln. 630,503 min manat (azalma 18,6%), kapitalı 15 mln. 226,406 min manat (azalma 1,3%) təşkil edib, nizamnamə kapitalı isə 15 mln. 526,777 min manat səviyyəsində qalıb.
2014-cü ildə qrupun öhdəlikləri 45,4% - 5 mln. 404,097 min manata qədər azalıb.
A.Əzizov