Təhsil naziri Mikayıl Cabbarov iyulun 31-də Oğuz şəhərində şimal-qərb bölgəsinin sakinlərini qəbul edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ rayonlarında yaşayan vətəndaşlar nazirin qəbuluna yazıla bilərlər.
Qəbulda nazirlə problemlərini müzakirə etmək istəyən şəxslər 30 iyul tarixinədək qeydiyyatdan keçməlidirlər.
A.Zeydullayeva