“Azərbaycan Hava Yolları” QSC (AZAL) avqustun 1-dən etibarən bütün beynəlxalq istiqamətlər üzrə ekonom-klass tariflərini 20-30% endirəcək. Bu barədə QSC-dən məlumat verilib.
“Ən tələb olunan marşrutlar üzrə bu aşağıdakı kimi olacaq: Bakı-Moskva-Bakı reysi üzrə aviabiletlərin qiyməti 406 avrodan 321 avroya (21% ucuz); Bakı-İstanbul-Bakı marşrutu üzrə 277 avrodan 219 avroya (21% ucuz); Bakı-Dubay-Bakı reysi üzrə 272 avrodan 216 avroya (21% ucuz) endiriləcək.
Aviabiletlərin qiymətlərinin aşağı salınmasından sonra Bakı-Roma-Bakı reysi üzrə biletlərin qiymətində 112 avro (22%), Bakı-Lvov-Bakı üzrə 141 avro (30%), Bakı-Pekin-Bakı marşrutu üzrə 116 avro (23%), Bakı-Nyu-York-Bakı marşrutu üzrə 158 avro (21%) endirim tətbiq olunacaq.
Ən aşağı qiymət sinfi üzrə yerlərin sayı artırılaraq, biznes-klassdan başqa digər bütün yerlərin 30%-dən az deyil və təyyarənin tipindən asılı olaraq, 32-61 arasında dəyişir. Xüsusilə Bakıdan Tehrana, Aktauya, Kazana və s. uçan təyyarələrdə ən aşağı qiymət sinfi üzrə yerlərin sayı 32-dirsə, Pekin, London, Sankt-Peterburq, Moskva, Antaliya, Bodrum, İzmir və Dalamanda 48, İstanbul reysində 53, Nyu-York reysində isə 61-dir.
Bundan başqa, AZAL daha çox tələbatın olduğu 4 marşrut üzrə aşağı büdcəli sərnişindaşıma xətləri (“lou-kost”) təcrübəsinin tətbiqinə başlayıb. Belə ki, bu ilin avqust ayından etibarən Bakı-Antalya-Bakı reysi üzrə həftədə 3 dəfə, sentyabrdan başlayaraq Bakı-İstanbul-Bakı reysi üzrə hər gün 1 uçuş, oktyabrdan başlayaraq hər gün Bakı-Moskva-Bakı istiqaməti üzrə 2 uçuş, Bakı-Dubay-Bakı reysi üzrə bir uçuş həyata keçiriləcək. Uçuşlar "Embraer" təyyarələri ilə həyata keçiriləcək. 99 avro ödəyən sərnişin əl yükü ilə birgə nəzərdə tutulan istiqamətlərə uça biləcək. Sərnişinlər hər bir baqaj üçün əvvəllər bəyan edildiyikimi 50 manat deyil, 25 avro ödəyəcəklər.
Daha aydın müqayisə üçün AZAL-ın beynəlxalq uçuşları üzrə aviabiletlərinin yeni qiymətləri barədə ətraflı məlumat aşağıda verilmiş cədvəldə göstərilib:
"Azərbaycan Hava Yolları"nın reyslərinə biletlərin ən aşağı qiymətləri |
|||||
marşrut, hər iki istiqamətə |
hazırda |
dəyişiklikdən sonra |
azalma, avro |
azalma, % |
|
1 |
Antalya |
436 |
350 |
86 |
20% |
2 |
Bodrum |
436 |
350 |
86 |
20% |
3 |
İzmir |
436 |
350 |
86 |
20% |
4 |
Dalaman |
436 |
350 |
86 |
20% |
5 |
Ankara |
366 |
278 |
88 |
24% |
6 |
İstanbul |
277 |
219 |
58 |
21% |
7 |
Moskva |
406 |
321 |
85 |
21% |
8 |
Dubay |
272 |
216 |
56 |
21% |
9 |
Kiyev |
352 |
256 |
96 |
27% |
10 |
Roma |
509 |
397 |
112 |
22% |
11 |
Tbilisi |
183 |
147 |
36 |
20% |
12 |
Aktau |
222 |
172 |
50 |
23% |
13 |
Lvov |
478 |
337 |
141 |
30% |
14 |
Mineralnıye Vodı |
239 |
185 |
54 |
23% |
15 |
Sankt-Peterburq |
403 |
307 |
96 |
24% |
16 |
London |
464 |
366 |
98 |
21% |
17 |
Milan |
500 |
388 |
112 |
22% |
18 |
Berlin |
475 |
371 |
104 |
22% |
19 |
Praqa |
503 |
389 |
114 |
23% |
20 |
Nyu York |
755 |
597 |
158 |
21% |
21 |
Pekin |
505 |
389 |
116 |
23% |
22 |
Tel-Əviv |
445 |
343 |
102 |
23% |
23 |
Paris |
525 |
413 |
112 |
21% |
24 |
Tehran |
236 |
182 |
54 |
23% |
25 |
Rostov-na-Donu |
319 |
247 |
72 |
23% |
26 |
Barselona |
494 |
382 |
112 |
23% |
27 |
Bişkek |
390 |
296 |
94 |
24% |
28 |
Novosibirsk |
377 |
285 |
92 |
24% |
29 |
Krasnoyarsk |
361 |
275 |
86 |
24% |
30 |
Perm |
401 |
305 |
96 |
24% |
31 |
Nijni Novqorod |
381 |
287 |
94 |
25% |
32 |
Kazan |
316 |
236 |
80 |
25% |
33 |
Yekaterinburq |
311 |
249 |
62 |
20% |
34 |
Minsk |
372 |
280 |
92 |
25% |
Ən ucuz tariflər ekonom-klass yerlərin 30%-ə aiddir.
"Azərbaycan Hava Yolları"nın aşağı büdcəli reysləri (“lou-kost”) |
|||||
marşrut, bir istiqamətə |
qiymət, avro |
bir baqaj üçün əlavə ödəniş, avro |
yerlərin ümumi sayı |
ekonom-klass yerlərin sayı |
|
1 |
Antalya |
99 |
25 |
105 |
105 |
2 |
İstanbul |
99 |
25 |
105 |
105 |
3 |
Moskva |
99 |
25 |
105 |
105 |
4 |
Dubay |
99 |
25 |
105 |
105 |