Ötən həftə ərzində Azərbaycanın hüquq mühafizə orqanları narkotik maddələrin istifadəsində şübhəli bilinən 65 nəfəri və 7 nəfər narkotik maddə alverçisini saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Narkotik maddələrin istifadəsində şübhəli bilinən şəxslərdən ümumilikdə 82,5 qram marixuana, 43,223 qram tiryək və 17,188 qram heroin müsadirə olunub.
Narkotik maddə alverində şübhəli bilinən şəxslərdən 304,740 qram çətənə, 6,560 kq marixuana aşkar edilərək götürülüb.
Bundan başqa, nazirliyin əməkdaşları 9,566 ton yabanı halda bitmiş çətənə kolu aşkarlayaraq məhv ediblər.
C.Həmidov