2015-ci ilin birinci yarısında “Bakı” istilik elektrik stansiyasında (İES) 255,6 mln. kilovatsaat elektrik enerjisi istehsal edilib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə "Azərenerji" ASC-dən məlumat verilib.
ASC-nin məlumatına görə, cari ilin iyun ayında stansiyada 40,4 mln. kilovatsaat elektrik enerjisi istehsal olunub.
“Bakı” İES ümumi gücü 105 MVt olan 12 aqreqatdan ibarətdir. Stansiya 2007-ci ilin fevral ayında istifadəyə verilib.
N.Abbasova