Litva sərhədçiləri və gömrükçüləri Nida şəhərində sərhəd nəzarət-buraxılış məntəqəsində ölkəyə qanunsuz yolla gətirilməsinə cəhd göstərilən 48 kq-dan artıq çəkidə kəhrəba müsadirə ediblər. Bu barədə bazar ertəsi BNS agentliyi məlumat verib.
Məlumata əsasən, qanunsuz yük şənbə günü Rusiya vətəndaşının idarə etdiyi “Toyota Camry” minik avtomobilinin yoxlanılması zamanı aşkar edilib.
Gömrük Departamentindən bildirilib ki, nəqliyyat vasitəsi və təxminən 4 min avro məbləğində qiymətləndirilən bəyan olunmamış kəhrəba müsadirə olunub. Kalininqrad vilayətinin sakini barəsində inzibati qanun pozuntusu haqqında protokol tərtib olunub. O, kəhrəba və avtomobil müsadirə olunmaqla 2 min 896 avrodan 5 min 792 avroya qədər məbləğdə cərimə oluna bilər.