Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 25-də II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticələrini elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə TQDK-nın mətbuat xidmətindən məlumat verilib.
İmtahanda iştirak etmək üçün sənəd vermiş 29,59 min abituriyentdən 971 nəfəri imtahanda iştirak etməyib. 12 abituriyent imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
İmtahanda hər iki ixtisas qrupu üzrə 3 abituriyent maksimum nəticə - 700 bal toplayıb.
İxtisas seçimi bütün ixtisas qrupları üzrə iyulun 30-dan avqustun 11-dək aparılacaq.
Ümumi balı 200-dən az olmayan abituriyentlər ixtisas seçiminə buraxılırlar, bununla yanaşı, hər fənn üzrə nisbi bal 10-dan az olmamalıdır. 350-dən yuxarı bal toplayan abituriyentlər üçün hər fənn üzrə məhdudiyyətlər qoyulmur.
A.Zeydullayeva