Azərbaycan prezidenti İlham Əliyev Oğuz rayonunda avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bu barədə bazar ertəsi dövlət başçısının saytında məlumat verilib.
11 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Oğuz Rayon İcra Hakimiyyətinə 2,3 mln. manat ayrılıb.
R.Babayev