"Ziraat Bank Azerbaycan" ASC (Türkiyənin “Ziraat Bankası”nın törəməsi) Azərbaycanda rəsmi şəkildə əməliyyat fəaliyyətinə başlayıb. Bu barədə bankın baş ofisinin məlumatında deyilir.
“Ziraat Bank Azerbaycan” ilkin mərhələdə fəaliyyətini Bakıda “İçərişəhər” şöbəsində həyata keçirəcək”, - deyə məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, “Ziraat Bank” Azerbaycan” Azərbaycanın iqtisadiyyatında vacib rol oynamağı, eləcə də Azərbaycan-Türkiyə ticarət-iqtisadi əlaqələrinin inkişafına yardım etməyi qarşısına məqsəd qoyub.
Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) 2014-cü il dekabrın 30-da "Ziraat Bank Azerbaycan" ASC-yə bank fəaliyyəti göstərmək üçün lisenziya verib. Bankın nizamnamə kapitalı 50 mln. manata bərabərdir.
A.Əzizov