NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə axşamı bildirib ki, Ankara Şimali Atlantika Alyansından Türkiyə ərazisindəki hərbi iştirakını möhkəmləndirməyi xahiş etməyib.
“Türkiyə hər hansı əlavə hərbi yardım istəməyib”, - deyə o, Brüsseldə Türkiyənin sorğusu əsasında çağırılmış NATO Şurasının səfirlər səviyyəsində fövqəladə iclasının yekunları üzrə bildirib.
Y.Stoltenberq Türkiyəni sayına görə alyansda ikinci olan effektiv orduya malik güclü ölkə adlandırıb.
O, həmçinin qeyd edib ki, NATO ölkələrinin səfirləri Türkiyə ilə həmrəylik ifadə edərək bu ölkədə törədilən terror aktlarını qınayıblar.