Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA)rektoru vəzifəsini müvəqqəti icra edən Vaqif Qurbanovla Meksikanın Bakıdakı səfiri Rodrigo Labardini arasında keçirilən görüşdə ADNA və Meksikanın qurumları arasında əməkdaşlığın mümkün mexanizmləri və formaları müzakirə olunub.
Meksikanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, həmsöhbətlər Azərbaycan və Meksikanın hidrokarbogen sahəsində təcrübəsini müzakirə ediblər. Qeyd olunub ki, Azərbaycanda və Meksikada hidrokarbogen istehsalı dünya istehsalının 5%-ni təşkil edir.
Tərəflər təcrübə mübadiləsi və birgə araşdırmalar üçün sahələrin olduğunu vurğulayıblar.
F.İsazadə