Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) hərbi liseylərə qəbul imtahanı keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə TQDK-dan məlumat verilib.
Belə ki, iyulun 30-da hərbi liseylərə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin Feldşer ixtisasına qəbul olmaq istəyən abituriyentlər qəbul imtahanında iştirak edəcəklər.
Qəbul imtahanı Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Tapşırıqların həllinə 2 saat vaxt verilir.
A.Zeydullayeva