Azərbaycan prezidenti İlham Əliyev hindistanlı həmkarı Pranab Mukherciyə Hindistanın keçmiş prezidenti Abdul Kalamın vəfatı ilə əlaqədar başsağlığı verib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
“Hindistan Respublikasının keçmiş prezidenti, görkəmli dövlət və elm xadimi Abdul Kalamın vəfatı xəbəri məni çox kədərləndirdi. Bu ağır itki ilə əlaqədar Sizə, bütün xalqınıza və mərhumun yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”, - deyə İ.Əliyevin məktubunda deyilir.
F.İsazadə