İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi hökumət nümayəndə heyəti avqustun 3-4-də İrana səfər edəcək. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında qeyd edilir.
Məlumatda vurğulanır ki, iyulun 29-da Ş.Mustafayev İranın Azərbaycandakı səfiri Möhsün Pakayin ilə görüşüb. Görüşdə Azərbaycan nümayəndə heyətinin İrana nəzərdə tutulan səfərinə dair müzakirələr aparılıb.
Azərbaycan nümayəndə heyətinə İqtisadiyyat və Sənaye, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, SOCAR-ın, "Azərbaycan Dəmir Yolları" QSC-nin, "Azərenerji" ASC-nin, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin, Mərkəzi Bankın yüksək vəzifəli nümayəndələri və iş adamları daxildir.
“Səfər çərçivəsində Azərbaycan və İran arasında müxtəlif sahələrdə mövcud əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə ediləcək”, - deyə məlumatda qeyd edilir.
A.Əzizov