Bakı Harare ilə enerji sahəsində əlaqələrin qurulması üçün açıqdır. Bu barədə Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfiri Elxan Poluxov bu ölkəyə rəsmi səfəri zamanı Zimbabvenin enerji və enerjinin inkişafı naziri Samuel Undenqe ilə görüş zamanı bəyan edib.
O, həmçinin müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin mövcudluğunu qeyd edib. E.Poluxov nazirə Azərbaycanda sürətlə gedən inkişaf prosesi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib.
S.Undenge Azərbaycanın neft sahəsində təcrübəsindən Zimbabvenin bəhrələnmək arzusunda olduğunu vurğulayıb. O bildirib ki, Zimbabvenin qərbində bu yaxınlarda böyük təbii qaz yataqları açılıb və onların istismarı üçün ölkəyə təcrübəli mütəxəssislər tələb olunur. Bununla əlaqədar nazir Azərbaycanın bu məsələdə köməkliyinin çox dəyərli olacağını vurğulayıb.
Bununla yanaşı, o, neft və qaz sahəsində çalışan zimbabveli mütəxəssislərin Azərbaycanda təhsil alnmasında maraqlı olduqlarını bildirib.
F.İsazadə