SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Günəşli” yatağının dayazsulu hissəində 109 nömrəli quyunu geoloji tədbirdən sonra istismara verib. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
109 nömrəli quyu 2 nömrəli dərin dəniz özülündən qazılıb.
Quyu sutkalıq 45 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir. Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir.
N. Abbasov