Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, Donbasda Malayziyaya məxsus “Boeing MH17” təyyarəsinin qəzaya uğramasında günahkar olanların cəzalandırılması üçün əlindən gələni edəcək.
“BMT Təhlükəsizlik Şurasında MH17 təyyarəsinin vurulması məsələsinə dair səsvermənin nəticələri aşağıdakı kimidir: 11 – “lehinə”, 3 - “bitərəf”, yalnız Rusiya - “əleyhinə”. Nəticələr göz qabağındadır. Lakin Ukrayna bununla kifayətlənməyəcək. Günahkarlar cəzalandırırlmalıdır. Bu, həlak olanların və onların ailələri qarşısındakı borcumuzdur”, - deyə P.Poroşenko cümə axşamına keçən gecə “Facebook” səhifəsində yazıb.