Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 30-da manatın dollara nisbətən rəsmi məzənnəsini iyulun 29-da qeydə alınmış 1,0488 manat/$1 səviyyəsinə qarşı 1,0493 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə Mərkəzi Bankın saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,0476% ucuzlaşıb.
AMB iyulun 30-na manatın avroya nisbətən rəsmi məzənnəsini iyulun 29-da qeydə alınmış 1,1621 manat/1EUR səviyyəsinə qarşı 1,1514 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,9207% möhkəmlənib.
İyulun 30-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsi iyulun 29-da qeydə alınmış 0,0175 manat/1RUR səviyyəsinə qarşı 0,0179 manat/1RUR səviyyəsində müəyyənləşdirilib. Beləliklə, manat rubla nisbətən 2,2857% ucuzlaşıb.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Əzizov