Bəxtiyar Aslanbəyli “BP-Azerbaijan” şirkətinin vitse-prezidenti təyin olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“B.Aslanbəyli bu vəzifədə pensiyaya çıxması ilə əlaqədar şirkəti tərk edən Yen Sazerlendi əvəz edəcək”, - deyə şirkətdən qeyd ediblər.
B.Aslanbəyli avqustun sonundan vəzifəsinin icrasına başlayacaq.
B.Aslanbəyli 1976-cı il avqustun 7-də anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini bitirib. 1998-2002-cü illərdə PWC şirkətində çalışıb. 2002-ci ildən BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə vergi müşaviri olub.
N.Abbasova