Bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Moskvaya yola düşüb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Nazir avqustun 1-də beynəlxalq hərbi oyunların təntənəli açılış mərasimində iştirak edəcək.
Səfər çərçivəsində Z.Həsənovun Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşü planlaşdırılır.
F.İsazadə