Ötən həftə ərzində Azərbaycan polisi axtarışda olan 67 nəfəri saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Polisin məlumatına görə, bu dövrdə (27 iyul-2 avqust) baş vermiş bədbəxt hadisələr nəticəsində 27 nəfər həlak olub, 1 nəfər xəsarət alıb (zəhərlənib), 3 intihar hadisəsi qeydə alınıb.
Həftə ərzində 7 nəfər qətldə, 6 nəfər bədən xəsarətləri yetirməklə sui-qəsddə, 5 nəfər qarətdə, 30 nəfər oğurluqda, 11 nəfər avtomobil qaçırmaqda, 4 nəfər dələduzluqda şübhəli bilinərək saxlanılıb.
Qanunsuz saxlanılan odlu silah və döyüş sursatları ilə bağlı 8 fakt qeydə alınıb.
C.Həmidov