Ağ Ev bildirir ki, Suriya hökumət qoşunları amerikalıların hazırladığı müxalifət döyüşçülərinin mövqelərinə təhlükə törədəcəkləri halda ABŞ hökumət qoşunlarının mövqelərinə hava zərbələri endirəcək.
Əvvəlcə hazırlıq düşərgələrinə təhlükə törədən “İslam dövləti” (İŞİD) döyüşçülərinə hava zərbələrinin endirilməsinə icazə verilirdi. Lakin mənbələrin məlumatına görə, əgər ölkənin hökumət qüvvələrinin hərəkətləri ABŞ-ın hazırladığı döyüşçülər üçün təhlükə törədərsə, o zaman onlara da qarşı tədbirlər görülə bilər.
Mənbələr qeyd edirlər ki, “istənilən hücumçulara” bu cür zərbələr sırf müdafiə xarakteri daşıyacaq.
Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Alistar Baski bəyan edib: “Biz öz müdaxilə qaydalarımızın təfərrüatlarını açıqlamayacağıq. Lakin demək istərdim ki, həmin qüvvələrin öz missiyalarını uğurla həyata keçirmələri üçün zəruri addımlar atacağıq”.
Pentaqonun nümayəndəsi Elisa Smit qeyd edib ki, ABŞ və beynəlxalq koalisiyanın hava zərbələri İŞİD döyüşçülərinə yönəldilib.
Bununla yanaşı, o bildirib: “Buna baxmayaraq, etiraf edirik ki, indi çoxsaylı cəbhələrdə Əsəd rejiminə qarşı döyüşənlər daxil olmaqla, bir çox qruplaşmalar və digər terrorçular döyüşürlər”.