Azərbaycan və Çinin aviasiya idarələri hava nəqliyyatı sahəsində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırlar. Bu barədə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasımın (ADMAA) məlumatında bildirilir.
İki ölkənin aviasiya idarəsinin nümayəndələrinin görüşü iyul ayında Bakıda keçirilib.
“Danışıqlar zamanı tərəflər hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Hər iki tərəfdən təyin edilmiş aviaşirkətlərə Azərbaycanla Çin arasında əlavə sərnişin və yük reysləri həyata keçirmək üçün imkanların yaradılması barədə razılıq əldə edilib”, - deyə məlumatda bildirilir.
Tərəflər, həmçinin tezliklə Azərbaycan və Çin Xalq Respublikası arasında hava əlaqəsinin yaradılması haqqında hökumətlərarası sazişin imzalanmasının vacibliyini vurğulayıblar.
N.Abbasova