Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) işəgötürənlərə hava şəraiti ilə əlaqədar işlərin dayandırılmasının zəruriliyi ilə bağlı xəbərdarlıq edib. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, havanın temperaturu +41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalı və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir. Fasilənin sayı və müddəti işəgötürənlər və həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən edilir.
Bununla yanaşı, bütün fasilələr iş vaxtına daxil edilməklə, aylıq tarif maaşına hesablanır.
R.Babayev