2015-ci ildə Azərbaycanda dənli bitkilərin məhsuldarlığı 33,8% artıb. Bu barədə “Aqrolizinq” ASC-dən məlumat verilib.
“Son 100 il ərzində Azərbaycanda dənli bitkilərin məhsuldarlığı ilk dəfə hər hektar üçün 30,5 sentnerə çatıb. Xüsusən buğdanın məhsuldarlığı hər hektar üçün 31,3 sentnerə çatıb”,- deyə şirkətdən bildirilib.
İyulun 27-nə olan məlumata görə, dənli bitkilərin əkildiyi sahələrin 98,3%-dən məhsul toplanıb.
“915,212 min hektardan artıq 2 mln. 747,224 min ton buğda yığılıb”, - deyə şirkətdən qeyd olunub.
“Aqrolizinq” ASC Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.
A.Axundov