Azərbaycanda 53 mindən artıq vətəndaş Prezidentin aylıq təqaüdünü alır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
2015-ci ilin birinci yarısında Azərbaycan Respublikası qarşısında xidmətlərinə görə respublikanın 53,484 min vətəndaşı Prezidentin aylıq təqaüdünü alıb.
Belə ki, Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmiş 180 nəfərə və ya ailə üzvlərinə, 13402 şəhid ailəsinə, 18784 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə, 20 Yanvar faciəsi zamanı şəhid olmuş 116 nəfərin ailəsinə, 20 Yanvar hadisələri ilə əlaqədar əlil olan 320 nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.
Həmçinin Azərbaycan Respublikasının fəxri adları ilə təltif olunan 2240 nəfər, Böyük Vətən müharibəsi iştirakçısı olan 494 nəfər, ümumi səbəbdən I qrup əlil olan və əmək pensiyası almaq hüququ olmayan 17480 nəfər Prezidentinin aylıq təqaüdü ilə təmin olunub.
Qeyd olunan dövrdə 406 nəfərə Azərbaycan Prezidentinin fərdi təqaüdü ödənilib.
R.Babayev