Fransa hökuməti Korsika adası sahilləri yaxınlığında gəmidən Pablo Pikassonun rəsm əsərini müsadirə edib. Bu barədə çərşənbə axşamı Fransa mətbuatı gömrük xidmətinə istinadən məlumat verir.
25 mln. avro dəyərində qiymətləndirilən “Qadın başı” adlı rəsm əsərini sonradan İsveçrəyə göndərmək üçün İspaniyadan çıxarmağa cəhd edilib.
P.Pikassonun rəsm əsəri 79 yaşı ispan bankir Hayme Botinə məxsusdur. Gömrük yoxlaması zamanı bankir gəmidə olmayıb.
Rəsm əsəri İspaniyada mədəni-tarixi dəyər hesab edilir və ölkədən kənara çıxarılması qadağandır.