Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) iki keşikçi gəmisi Beynəlxalq Ordu Oyunlarının “Xəzər Kuboku” yarışlarında iştirak edir. Bu barədə jurnalistlərə çərşənbə axşamı milli HDQ qərargahının nümayəndəsi, ikinci dərəcəli kapitan Faiq Kurmayev məlumat verib.
“Bizim tərəfimizdən Xəzər Kubokunda iki keşikçi gəmisi (birincisi əsas, ikincisi ehtiyat) və bir təminat gəmisi iştirak edir. Bu müsabiqədə Rusiya, Azərbaycan və Qazaxıstan hərbçiləri yarışacaqlar”, - deyə kapitan bildirib.
Onun sözlərinə görə, birinci gün komandalar 3 tapşırıq yerinə yetirməlidirlər. Birinci tapşırıq helikopterdən atılmış bombaya atəş açmaq, ikincisi üzən minaya atəş açmaq, üçüncü dəniz hədəfinə atəş açmaqdır.
İkinci gün gəmilər beynəlxalq siqnallar toplusundan istifadə etməklə manevr edəcəklər. Bu gəmidə bayraqlar qaldırılır, ikinci gəminin ekipajı isə bu siqnalların şifrəsini açmalı və alınmış informasiya əsasında hərəkət etməlidir.
Növbəti tapşırıq dənizə düşmüş adama və qəzaya uğramış gəmiyə kömək etmək üçün alınmış koordinatlar əsasında təyin olunmuş yerə gəlməkdir. Bunun üçün maneken suya atılacaq və onu ən tez şəkildə sudan çıxarmaq lazım gələcək. Daha sonra verilmiş kurs dəyişmədən gəmi qeyd edilən rayonda lövbər salmalıdır.
İdmanla bağlı olan sonuncu hissədə ekipaj müxtəlif estafetlərdə, üzgüçülük və digər idman növlərində güclərini sınayacaq.