Belarus prezidenti Aleksandr Lukaşenko BMT-nin sammitində iştirak etməyə hazır olduğunu təsdiq edib.
“Bütün dövlətlərin rəhbərlərinə təklif göndərilib. Biz səfər imkanını müzakirə edirik. Dövlət başçıları səviyyəsində keçiriləcək bu səfərə hazırlaşırıq. Çünki bu, elə sammitdir ki, burada dövlət başçıları toplaşacaqlar. BMT-nin sammitində iki dəfə çıxış etmək təklif olunub: ümumi və tematik müzakirədə. Getmək lazım gələcək, əgər dövlət başçısı orada olmasa, bu, düzgün olmaz”, - deyə A.Lukaşenko çərşənbə axşamı Minskdə “Evroradio”, “Radıe Svaboda” və “TUT.BY”a müsahibəsində bildirib.
2015-ci ildən sonrakı Qlobal inkişaf üzrə BMT sammiti 25-27 sentyabr tarixlərində Nyu-Yorkda keçiriləcək. Samit başa çatdıqdan sonra ümumsiyasi müzakirənin aparılması planlaşdırılır.