2015-ci il iyulun 31-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $8 mlrd. 501,5 mln. təşkil edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
2014-cü ilin sonuna AMB-nin valyuta ehtiyatları $13 mlrd. 758,3 mln. təşkil edib. Beləliklə, 2015-ci ilin yanvar-iyul aylarında bankın valyuta ehtiyatları 38,2% azalıb.
Cari ilin iyul ayında AMB-nin valyuta ehtiyatları $18,7 mln. və ya 0,2% azalıb.
2014-cü ildə Mərkəzi Bankın valyuta ehtiyatları 2,78% azalıb.
A.Axundov