Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DMX) avqust ayında respublikamızın 6 rayonunda işsiz və işaxtaran vətəndaşlar üçün əmək yarmarkaları təşkil etməyi planlaşdırır. Bu barədə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.
Kürdəmir, Cəlilabad, Şabran rayonlarında və Şirvan şəhərində əmək yarmarkalarının keçirilməsi üçün hazırlıq işləri aparılır.
Ümumilikdə DMX Azərbaycanın 55 rayon və şəhərində əmək yarmarkaları keçirməyi nəzərdə tutur.
R. Babayev