Mədəniyyət və Turizm Nazirliyi 2015-ci ilin ikinci yarısında bir sıra tanınmış incəsənət xadimlərinin yubiley gecələrini təşkil etməyi planlaşdırır. Bu barədə nazirlikdən məlumat verilib.
Belə ki, cari ilin sentyabr ayında xalq artisti Səyavuş Aslanın 80 illiyinə həsr olunmuş yubiley gecəsi, oktyabr ayında xalq artisti, görkəmli bəstəkar Vasif Adıgözəlovun 80 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.
Həmçinin nazirlik xalq artisti, aktyor Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş yubiley tədbiri, o cümlədən xalq artisti Ağakişi Kazımovun 80 illiyinə həsr olunmuş yubiley tədbiri təşkil edəcək.
Nazirlikdən verilən məlumata görə, noyabr ayında görkəmli səhnə ustası Cahangir Zeynalovun da 150 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.
A.Zeydullayeva