2015-ci ilin iyul ayında Azərbaycanda yükdaşıma tarifləri iyun ayı ilə müqayisədə 2,2% ucuzlaşıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilir.
Dəniz nəqliyyatında MDB və digər xarici ölkələr üzrə yükdaşıma tarifləri 0,1% bahalaşıb. Hesabat ayı ərzində boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 7,2% ucuzlaşıb, qazın nəql olunma tarifi 0,1% bahalaşıb.
2015-ci ilin iyul ayında sərnişindaşıma tarifləri iyun ayı ilə müqayisədə 1,5% ucuzlaşıb.
Bununla yanaşı, hesabat ayında hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 8,3%, digər xarici ölkələr üzrə 4,8% ucuzlaşıb.
İyul ayında dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri iyun ayı ilə müqayisədə 7,2% ucuzlaşıb.
N.Abbasova