Avqustun 5-də görkəmli dirijor və bəstəkar, SSRİ xalq artisti, dövlət və beynəlxalq mükafatlar laureatı Niyaziyə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə maestronun mənzil-muzeyində keçiriləcək.
Gecədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Ülviyə Hacıbəyova sənətkarın əsərlərindən ibarət silsilə musiqi nömrələri ilə çıxış edəcək.
A.Zeydullayeva