Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) yanında “Tikinti materialları, məmulatları və konstruksiyaları” standartlaşdırma üzrəTexniki Komitə yaradılıb. Bu barədə komitənin məlumatında bildirilir.
Texniki Komitəyə ümumilikdə 17 dövlət və qeyri-dövlət müəssisəsi üzv seçilib. Bunlar əsasən tikinti şirkətləridir.
Texniki Komitə Milli Standartlaşdırma Proqramına uyğun olaraq tikinti materialları sahəsində milli, dövlətlərarası və beynəlxalq standartların layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkili məqsədi ilə yaradılıb.
A.Axundov