Azərbaycan Dövlət Sərhəd Xidmətininrəisi Elçin Quliyevin BelarusunDövlət Sərhəd Komitəsinin sədri Leonid Maltsev ilə görüşü zamanı iki ölkənin sərhəd xidmətləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Bu barədə DSX-nin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı tərəflər arasında sərhəd təhlükəsizliyinin təmin olunması, miqrasiya proseslərinin idarə edilməsi, dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti, təcrübə mübadiləsinin davam etdirilməsi, o cümlədən inkişaf etdirilən sərhəd idarəçiliyi sahəsində həyata keçirilən layihələr çərçivəsində əməkdaşlığın genişləndirilməsi və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, baş nazir Artur Rasizadə də L.Maltsevi qəbul edib.
Hökumət başçısı birgə reallaşdırılan layihələr çərçivəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə iki ölkənin sərhəd idarələri arasında təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.
Səfər çərçivəsində Belarus nümayəndə heyəti DSX-nin Sahil Mühafizəsi, Akademiyası, "Sərhədçi" İdman Olimpiya Mərkəzi və Xüsusi Məktəbinin fəaliyyəti ilə tanış olub.
R.Babayev